Xəbər lenti

"Neftçi" "Keşlə"yə qalib gəlib, qış çempionu oldu
İdman17:10 24.12.2020

"Neftçi" "Keşlə"yə qalib gəlib, qış çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tur başa çatıb.
"Report"un məlumatına görə, 2020-ci ilin son turuna "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulub. Paytaxt derbisində 2:1 hesablı qələbə qazanan "ağ-qaralar" qış fasiləsinə lider kimi yollanıb.
İlk hissəsi qolsuz bitən matçda hesab ikinci yarıda açılıb. Meydan sahiblərinin heyətində Mirabdulla Abbasov fərqlənib. Amma "ağ-qaralar"ın sevinci cəmi 3 dəqiqə çəkib. Rəhman Hacıyev uzaq məsafədən vurduğu mükəmməl qolla tarazlığı bərpa edib. 80-ci dəqiqədə Abbasov dubl edərək, komandasına vacib xallar qazandırıb.
Beləliklə, bu qələbədən sonra xallarını 24-ə çatdıran "Neftçi" liderliyini qoruyub. "Keşlə" isə ili 13 xalla 7-ci sırada başa vurub.
Qeyd edək ki, bu gün keçirilmiş digər oyunlarda "Qarabağ"a "Zirə"yə 3:2, "Qəbələ" "Səbail"ə 3:1, "Sabah" isə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.
N Klublar O Q H M T-F X
1 Neftçi 13 7 5 1 15-14 24
2 Qarabağ 12 6 5 1 31-10 23
3 Zirə 13 5 5 3 16-14 20
4 Sumqayıt 13 4 4 5 16-20 16
5 Qəbələ 13 3 6 4 13-20 15
6 Səbail 12 3 4 5 14-16 13
7 Keşlə 13 3 4 6 13-20 13
8 Sabah 13 4 1 8 13-17 13