Xəbər lenti

"Neftçi" kubokda "Sumqayıt"a uduzdu (VİDEO)
İdman16:55 16.12.2019

"Neftçi" kubokda "Sumqayıt"a uduzdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, günün ilk oyununda "Neftçi" evdə "Sumqayıt"la qarşılaşıb. 
"Bakcell Arena"da baş tutan görüşün taleyini bir qol həll edib və qonaqlar qələbə qazanıb. Matçın yeganə qoluna 48-ci dəqiqədə Rəhim Sadıxov imza atıb.
Günün sonuncu qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir və "Qarabağ" "Keşlə"ni qəbul edir.
Qeyd edək ki, ilk iki oyununda "Qəbələ” "Sabah”ı 3:0 hesabı ilə yenib, "Səbail” – "Zirə” matçında hesab açılmayıb. 1/4 finalın cavab görüşləri dekabrın 19-u və 20-də oynanılacaq.
Azərbaycan Kuboku
1/4 final
İlk oyunlar
16 dekabr
Neftçi – Sumqayıt 0:1
Qol: Rəhim Sadıxov, 48.
Neftçi: 1. Səlahət Ağayev (k), 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 8. Emin Mahmudov, 19. Rauf Əliyev, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 56. Elton Əlibəyli.
Baş məşqçi: Roberto Bordin.
Sumqayıt: 1. Mehdi Cənnətov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev
"Bakcell Arena”.