Xəbər lenti

"Neftçi" legioner futbolçu ilə yollarını ayırıb
İdman18:15 01.01.2025

"Neftçi" legioner futbolçu ilə yollarını ayırıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qış fasiləsində "Neftçi"də ilk futbolçu ayrılığı gerçəkləşib.
Qaynarinfo xəbər verir ki, Bakı klubu macarıstanlı müdafiəçi Mark Tamaşla vidalaşıb.
31 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Məlumatı Macarıstan mətbuatı yayıb. İddiaya görə, təcrübəli futbolçu ilə bir neçə klub yaxından maraqlanır.
Qeyd edək ki, Mark Tamaş 2023-cü ilin yayından "Neftçi"də çıxış edirdi. Onun "ağ-qaralar"la 2025-ci ilin iyun ayınadək müqaviləsi var idi.