Xəbər lenti

"Neftçi" Misir, Qazaxıstan və Çin klubları ilə qarşılaşacaq
İdman16:48 02.01.2026

"Neftçi" Misir, Qazaxıstan və Çin klubları ilə qarşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" futbol komandası Misir, Qazaxıstan və Çin təmsilçiləri ilə yoxlama oyunları keçirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Bakı klubu yanvarın 4-dən 17-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olacaq.
Ayın 5-də ilk məşqə çıxacaq komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
"Neftçi" yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) kollektivi ilə üz-üzə gələcək.