Xəbər lenti

"Neftçi" Moldova yığmasının üzvünü transfer etdi (VİDEO)
İdman10:35 15.02.2019

"Neftçi" Moldova yığmasının üzvünü transfer etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" daha bir transfer reallaşdırıb. 
Qaynarinfo paytaxt təmsilçisinin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar" Moldavanın "Şerif" klubunun futbolçusu Petru Rakunu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə müqavilənin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Petru Raku karyerasına Moldovanın "Zimbru" klubunda başlayıb (2005-2007). 2007-ci ildə İsveç "Norrköpinq"inə transfer olunub və 2011-ci ilədək bu kluba məxsus olub. 2008-ci iləd Finlandiyanın MYPA klubuna icarəyə verilib, 2012-ci ildə Danimarkanın "Hyorrinq" klubunda çıxış edib. Bundan sonra vətəininə dönən Raku "Veris" (2013-2014) və "Milsami" (2015-2017) klublarının uğurları üçün çalışıb.
32 yaşlı müdafiəçi 2010-cu ildən çağırıldığı Moldova millisində 38 oyun keçirib və 1 qol vurub.