Xəbər lenti

İdman 17:10 26.09.2025

"Neftçi" nigeriyalı futbolçunun transferini açıqladı

"Neftçi" növbəti transferini rəsmiləşdirib.

Klubdan Qaynarinfo-ya verilən məlumata görə, nigeriyalı futbolçu İfeanyi Metyu "ağ-qaralar"la anlaşıb

28 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu "Sürix" (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə Liqalarında da oynayıb. Metyu Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->