"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən, Bakı təmsilçisi bu mərhələnin 1-ci qrupunun yarımfinalında Monteneqronun "Buduçnost" klubu ilə qarşılaşacaq.
Cütün qalibi finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.
I mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşüi isə 25-də keçiriləcək.
Şərhlər