"Neftçi” UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, paytaxt təmsilçisi Bosniya və Hersoqovina "Jelezniçar"ını keçəcəyi təqdirdə, "Tirana" (Albaniya) - "Beşiktaş" (Türkiyə), "Alkmaar" (Niderland), PAOK (Yunanıstan) - "Beytar" (İsrail) və "Kelje" (Slovaniya) - "Vitoriya" (Portuqaliya) cütlərindən birinin qalibləri ilə qarşılaşacaq.
Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin püşkü bu gün atılacaq.
"Neftçi" ilə "Jelezniçar" (Bosniya və Herseqovina) arasında ilk oyun iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da "Qrbavitsa” stadionunda, cavab görüşü isə avqustun 3-ü saat 21:00-da "Bakcel Arena"da keçiriləcək.
Səbuhi Həsənov