Xəbər lenti

“Neftçi”nin prezidentinin cəzası azaldıldı
İdman18:45 05.05.2023

“Neftçi”nin prezidentinin cəzası azaldıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi”nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb.
Milli assosiasiyadan verilən məlumata görə, qurum klubun şikayətini qismən təmin edib.
Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib.
Qeyd edək ki, Kamran Quliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.