İdman 15:46 02.08.2022

"Neftçi"nin "Rapid"lə matçının hakimləri açıqlandı

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Rapid" (Avstriya) – "Neftçi" matçının hakimləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, qarşılaşma norveçli hakimlər briqadasına həvalə olunub. Baş hakim Rohit Saqqiyə meydançanın kənarından Qeyr İsaksen, Morten Yensen laynsman kömək edəcək. Sivert Öksnes Amland dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Avqustun 11-də Avstriyanın paytaxtı Vyananın "Vestştadion" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
 
Səbuhi Həsənov