Xəbər lenti

İdman 09:30 05.12.2024

"Neftçi"nin sabiq futbolçusu vəfat etdi

Tanınmış futbolçu və məşqçi Tofiq Abbasov 75 yaşında dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Keçmiş yarımmüdafiəçi futbol karyerası ərzində "Polad" və "Neftçi" klublarının şərəfini qoruyub. Eyni zamanda, "Termist", "Xəzər" və "Göyəzən" klublarının baş məşqçisi kimi də fəaliyyət göstərib.

Tofiq Abbasov son olaraq Rusiyanın "Dinamo" klubunun qadınlardan ibarət basketbol komandasının idman direktoru vəzifəsində çalışıb.
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->