Xəbər lenti

"Neftçi"nin yeni baş məşqçisi açıqlandı
İdman14:54 24.12.2023

"Neftçi"nin yeni baş məşqçisi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, "Neftçi" baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, artıq paytaxt klubunun yeni çalışdırıcısı müəyyənləşib. Bundan sonra komandaya Miodraq Bojoviç başçılıq edəcək.
55 yaşlı monteneqrolu mütəxəssisin son iş yeri Tula "Arsenal"ı olub. O, 2021-2022-ci illərdə Rusiya klubuna başçılıq edib.
O, indiyədək bir çox kluba - o cümlədən Rusiyanın məşhur "Dinamo" (Moskva), "Rostov", "Lokomotiv" (Moskva), "Krılya Sovetov", Serbiyanın "Srvena Zvezda" kimi kollektivlərinə başçılıq edib.
Aydın