Xəbər lenti

“Neftçi” pley-off mərhələsinə yüksəldi - VİDEO
İdman19:04 07.08.2014

“Neftçi” pley-off mərhələsinə yüksəldi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi "Neftçi" səfərdə meydana çıxıb.

"Ağ-qaralar" Tiflisdə "Çixura"nın qonağı olub. Bakıdakı ilk oyunda meydandan qolsuz bərabərliklə ayrılan komandaların ikinci dueli 5 qolla yadda qalıb. Hesabı 16-cı dəqiqədə Ernest Nfor açıb. "Neftçi"nin hücumçusu 27-ci dəqiqədə fərqi 2 topa çatdırıb. 30-cu dəqiqədə Georgi Qabedava fərqi azaldıb. 8 dəqiqə sonra Nfor het-trikini rəsmiləşdərib. 50-ci dəqiqədə isə dubl edən Qabedava matçın yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə 3:2 hesablı qələbə qazanan "Neftçi" Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə Azərbaycanı daha bir komanda - "Qarabağ" təmsil edəcək. Beləliklə, Avropa Liqasının play-off mərhələsində ilk dəfə ölkəmizi iki komanda təmsil edəcək.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
Çixura (Gürcüstan) - Neftçi (Azərbaycan) 2:3

Qaynar.info