İdman 17:35 03.05.2023

“Neftçi” - “Qarabağ” matçında baş verənlərlə bağlı qərar çıxarıldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Qaynarinfo-nun məlumatına görə iclasda Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən oyunlarda qayda pozuntularına dair aşağıdakı qərarlar çıxarılıb.

"Kəpəz” – "Sumqayıt” oyununda rəqib futbolçuların ünvanına "Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin işlədilməsinə görə "Kəpəz” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

"Kəpəz” – "Sumqayıt” oyununda "Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə "Kəpəz” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

"Sabah” – "Şamaxı” oyununda "Sabah” klubunun baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilir (maddə 47.3);

"Sabah” – "Şamaxı” oyunu bitdikdən sonra "Sabah” klubunun məşqçisi Vitaliy Kovalyov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə edilir (maddə 47.3);

"Sabah” – "Şamaxı” oyununda meydançaya kənar əşya atıldığına görə "Sabah” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

"Zirə” – "Turan Tovuz” oyununda "Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39).

"Neftçi” – "Qarabağ” oyununda "Neftçi” klubunun futbolçusu Voyislav Stankoviç təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 37.1);

"Neftçi” – "Qarabağ” oyununda "Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə "Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

"Neftçi” – "Qarabağ” oyununda "Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə "Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

"Neftçi” – "Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

"Neftçi” – "Qarabağ” oyununda "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə "Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

"Neftçi” – "Qarabağ” oyununda "Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə "Qarabağ” klubu 4000 manat cərimə edilir (maddə 41.7).
 
Səbuhi Həsənov