Xəbər lenti

İdman 14:19 21.06.2023

“Neftçi” Regekampfla yollarını ayırdı (RƏSMİ)

"Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin iyunundan "Neftçi”ni çalışdıran Laurentsiu Regekampf geridə qalan mövsüm "ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. "Neftçi” onun rəhbərliyi altında 45 oyun keçirib. Bunun 24-də qələbə qazanan bakılılar 8 dəfə heç-heçə edib, 13 görüşdə isə məğlub olub.

Qeyd edək ki, türkiyəli Sergen Yalçının "Neftçi"nin yeni baş məşqçisi olacağı gözlənilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->