Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev sosial şəbəkə hesabından ictimaiyyətdən yardım istəmişdi.
Hətta kartının nömrəsini paylaşan keçmiş hücumçu müalicəsini davam etdirmək üçün onu tanıyanların, sevənlərin dəstəyinə ehtiyac duyduğunu bildirmişdi. Vasilyev Azərbaycan millisi ilə yanaşı bir sıra klublarımızda, əsasən də "Neftçi"də çıxış edib. Alkoqolizmdən əziyyət çəkən və artıq müalicə üçün maliyyə dayanıqlığı qalmayan veteran oyunçu ümidini onu sevənlərə bağlayıb. Bəs karyerasının çox hissəsini həsr etdiyi "Neftçi" ona köməklik göstərəcəkmi?
Klubun mətbuat katibi Emin Əfəndi bununla bağlı Qaynarinfo-ya açıqlama verib. O, Vasilyevə köməklik göstərməyə çalışdıqlarını bildirib:
"Ona necə köməklik göstərə biləcəyimizlə bağlı müzakirələr aparırıq. Bildiyim qədər, fərdi şəkildə həm klub əməkdaşları, həm futbolçular köməkliklərini göstəriblər. Klub şəklində isə əsasən tibbi baxımdan ona necə yardım edəcəyimizlə bağlı müzakirələr aparırıq. Sponsorlarımızla, səhiyyə tərəfdaşlarımızla məsləhətləşirik".
Səbuhi Həsənov
Şərhlər