"Yeni futbolçularla bağlı çalışmalar başlayıb”.
Qaynarinfo xəbər verir ki, bu sözləri "Neftçi”nin idman direktoru Zaur Əzizov deyib. O "Bakcel Arena”da keçirilən mətbuat konfransında trnaferlərlə bağlı sualları cavablandırıb:
"Eyni zamanda bir neçə gündür yeni baş məşqçimizlə bu barədə danışırıq. İlkin razılaşmalar var. Yeni transferlərin uğurlu olması üçün əlimizdən gələni edirik. Elə futbolçular alamağa çalışacağıq ki, komandamıza kömək edəcək səviyyədə olsun”.
Səbuhi Həsənov