Xəbər lenti

"Neftçi" Samir Abasovun köməkçilərini və bir qapıçını da yola saldı
İdman12:41 10.06.2022

"Neftçi" Samir Abasovun köməkçilərini və bir qapıçını da yola saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi”nin məşqçilər korpusuna daxil olan köməkçi məşqçilər – Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Etibar Tarıverdiyev 2018-ci ilin iyunundan, Seymur Rəhimov və Vəfadar Quliyev 2020-ci ilin noyabrından, Eduardo Karo 2021-ci ilin yanvarından, Mübariz Orucov isə 2021-ci ilin iyunundan "Neftçi”də çalışırdı.
Məşqçilərlə yanaşı qapıçı Kamran İbrahimovla da müqavilə müddəti uzadılmayıb. "Neftçi”nin yetirməsi olan İbrahimov əsas komandanın heyətində 10 rəsmi oyunda meydana çıxıb. Kamran aşağı yaş qrupu üzrə komandaların və "Neftçi-2”nin qapısını qoruyub.
Səbuhi Həsənov