Topaz Premyer Liqasında XVIII turunda lider "Neftçi" 3-cü pillənin sahibi "Səbail"i qəbul edib.
Qaynarinfo xəbər verir ki, bir gün əvvəl "Sabah"la matçda büdrəməsi "ağ-qaralar"ın fərqi yenidən 3 xala artırmaq imkanı yaratmışdı. Amma "Neftçi" nəyinki fərqi artıra bilib, hətta vahid liderliyi də əldən verib.
"Səbail"in ilk yarıda vurduğu iki qola ikinci hissədə bir qolla cavab verən "ağ-qaralar" məğlub olub.
Qeyd edək ki, "Neftçi" 38 xalla "Qarabağ"la birlikdə 1-25ci pillələri tutur. "Səbail" isə 30 xalla 3-cüdür.