Xəbər lenti

"Neftçi" seneqallı müdafiəçi ilə müqavilənin müddətini uzatdı
İdman19:52 07.06.2021

"Neftçi" seneqallı müdafiəçi ilə müqavilənin müddətini uzatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" futbol klubu seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə müqavilənin müddətini daha 2 il uzadıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, klub müdafiəçi ilə 2018-ci ilin dekabrında 2,5 illik müqavilə bağlamışdı.
Bundan əvvəlki klubu "Jalgiris” (Litva, 2016-2018) olan Mbodj "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. "Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Super Kubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.