Xəbər lenti

“Neftçi” Serbiya nəhənginə böyük hesabla uduzdu - VİDEO
İdman19:12 08.07.2023

“Neftçi” Serbiya nəhənginə böyük hesabla uduzdu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi” "Match TV” beynəlxalq turnirində ikinci oyununu keçirib.
"Ağ-qaralar” Serbiya nəhəngi "Srvena Zvezda” ilə qarşılaşıb.
Sankt-Peterburqdakı "Smena” stadionunda oynanılan qarşılaşma "Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:4. "Srvena Zvezda”nın qollarını Mirko İvaniç, Stefan Mitroviç, Osman Bukari və Yovan Slyiviç vurublar.
Xatırladaq ki, "Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya "Zenit”inə 1:3 hesabı ilə uduzub. Paytaxt klubu son matçında Türkiyə "Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.