Xəbər lenti

İdman 20:22 23.06.2023

"Neftçi" türk futbolçunu yola saldı

"Neftçi" mövsümlərarası fasilədə daha bir futbolçu ilə vidalaşıb.

Klubdan Qaynarinfo-ya verilən məlumata görə, türkiyəli müdafiəçi Mert Çeliklə yollar ayrılıb.

"Ağ-qaralar" Türkiyənin "Başakşəhər" komandasından icarəyə götürdüyü 23 yaşlı oyunçu ilə sözləşməni uzatmayıb.

Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından bu yana "Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->