Xəbər lenti

"Neftçi" uduzdu, "Qəbələ" qələbə qazandı (VİDEO)
İdman16:50 28.04.2018

"Neftçi" uduzdu, "Qəbələ" qələbə qazandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Topaz Premyer Liqasında XXV turun oyunları davam etdirilib. Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq.
Günə paytaxt derbisi ilə start verilib. 8 oyundu uduzmayan "Neftçi” Avropa Liqasına bir addım da yaxınlaşmaq üçün "Keşlə”ni itkisiz keçməli idi. Tərlan Əhmədovun yetirmələri ardıcıl 3-cü qələbəni qazansa, ən azı bir günlük 3-cü pilləyə yüksələcək və "Sumqayıt”ın büdrəməsinə ümid edəcəkdi. 
Oyuna fəal başlayan "Keşlə" 21-ci dəqiqədə Vaqif Cavadovun qoluna sevinib. Məğlubiyyətdən qaçmaq istəyən "Neftçi"nin səyləri 42-ci dəqiqədə nəticə verib. Namiq Ələsgərovun qolu matçda bərabərliyi təmin edib. Lakin "Keşlə" 68-ci dəqiqədə qələbə qolunu vura bilib. Bu dəfə Adrian Skarlatake fərqlənib - 2:1. Bununla da çempionatda iddiası olmayan "Keşlə” isə ardıcıl qol vurduğu oyunların sayını 11-ə çatdırıb. Yuri Maksimovun yetirmələri 2018-ci ildə keçirdiyi bütün matçlarda rəqib qapısına yol tapıb. "Neftçi" isə 8 oyundan sonra yenilərək ən azı bir günlük 3-cü pilləyə yüksəlmək şansını itirib.
Mükafatlara iddialı "Qəbələ” çempionatın autsayderi "Kəpəz”i qəbul edib. Roman Qriqorçukun yetirmələri 5 oyunluq qələbə həsrətini darmadağınla qırıb. I dövrədə evdə bu rəqibə uduzan "qırmızı-qaralar” doğma azarkeşlər önündə həmin məğlubiyyətin əvəzini çıxıb - 3:0. 
Hər 3 qol ilk yarıda vurub. Hesabı 31-ci dəqiqədə Filip Ozobiç açıb. 8 dəqiqə sonra Stiven Monroz fərqlənib. İlk yarının son dəqiqəsində isə Cavid Hüseynov yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Zirə"ni 2:1 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Sumqayıt" - "Səbail" oyunu ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
IV dövrə, XXV tur
28 aprel
16.00 Keşlə - Neftçi 2:1
Qollar: Vaqif Cavadov, 21. Adrian Skarlatake, 68 - Namiq Ələsgərov, 42.
Qəbələ - Kəpəz 3:0
Qollar: Filip Ozobiç, 31. Stiven Monroz, 39. Cavid Hüseynov, 45.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

25

19

5

1

36:9

62

2

Qəbələ

25

13

6

6

40:24

45

3

Sumqayıt

24

11

6

7

31:26

39

4

Neftçi

25

11

4

10

33:26

37

5

Zirə

25

9

8

8

31:28

35

6

Keşlə

25

6

6

13

24:38

24

7

Səbail

24

5

5

14

16:33

20

8

Kəpəz

25

3

4

18

15:42

13

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 12.