İdman 15:11 11.01.2023

"Neftçi" Yusuf Lavalı satdı (RƏSMİ)

"Neftçi” daha bir legionerini satdı.
 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Yusuf Lavalla bağlı Portuqaliya "Arouka"sı ilə razılığa gəlib. İki tərəf rəsmi danışıqlara başlayıb. Nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.
 
Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.
 
Səbuhi Həsənov