Xəbər lenti

“Neftçi”də daha bir ayrılıq
İdman11:54 15.12.2016

“Neftçi”də daha bir ayrılıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi” PFK daha bir futbolçusunu komandadan göndərib.

Qaynarinfo.Az xəbər verir ki, Makedoniya yığmasının mərkəz müdafiəçisi Vançe Şikov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Xatırladaq ki, mövsümün əvvəlində transfer edilmiş makedoniyalı müdafiəçi "Neftçi”nin heyətində 9 oyunda meydana çıxmışdı.

Qeyd edək ki, bununla da mövsümün ortasında "Neftçi"dən göndərilən futbolçuların sayı 4-ə çatdı. Bundan əvvəl rumıniyalı Ketelin Sıre, braziliyalı Denilson Pereyra və xorvatiyalı Dario Melnyakla yollar ayrılmışdı. Bütün bu futbolçularla yayda müqavilə bağlanmışdı.

Qaynarinfo.Az