Xəbər lenti

«Neftçi»də yeni təyinat
İdman09:52 29.09.2017

«Neftçi»də yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi"nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

"Qaynarinfo"nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 1-dən etibarən "Neftçi"nin mətbuat xidmətinə Anar Şabanoğlu rəhbərlik edəcək. O, bu vəzifədə Rüstəm Əfsərlini əvəz edəcək.

Qeyd edək ki, 18 ildir jurnalist kimi fəaliyyət göstərən Anar Şabanoğlu "Futbol+”, "İdman”, "525-ci qəzet”də, həmçinin "CBC Sport” telekanalında çalışıb.

Qaynarinfo.Az