Xəbər lenti

"Neftçi"dən növbəti transfer - Bu dəfə portuqaliyalı
İdman04:51 17.07.2021

"Neftçi"dən növbəti transfer - Bu dəfə portuqaliyalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” heyətini mərkəz müdafiəçisi ilə gücləndirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı Huqo Basto ilə 2 illik müqavilə bağlanıb. 28 yaşlı futbolçu "Neftçi"də 4 nömrəli formanı geyinəcək.
Huqo Basto Portuqaliyanın "Varzim” (2012-2013), "Sportinq Braqa B” (2013-2015), "Aroka” (2015-2018), "Çaves” (2018-2020) və "Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu "Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.
"Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.