Xəbər lenti

"Neftçi"dən "Qəbələ"yə 200 min manatlıq təklif
İdman15:40 28.12.2019

"Neftçi"dən "Qəbələ"yə 200 min manatlıq təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" müdafiə xəttini "Qəbələ"nin üzvü Amin Seydiyevlə gücləndimrək niyyətindədir. Bakı klubu bu məqsədlə bölgə təmsilçisinin qapısını döyüb.
Sportinfo.az-a "Neftçi"dən daxil olan məlumata görə, "ağ-qaralar" U-21 yığmamızın müdafiəçisinə görə qarşı tərəfə 200 min manat təzminat ödəməyə hazır olduğunu bildirib.
"Neftçi" "Qəbələ"yə akademiyanın 21 yaşlı yetirməsi ilə 3 illik müqavilə bağlamaq fikrini çatdırıb. Qarşı tərəf fikirləşmək üçün bir neçə gün vaxt istəyib.
Qeyd edək ki, "Qarabağ" da 2018-ci ildə Hacıağa Hacılıya görə "Qəbələ"yə 200 min manat təzminat ödəmişdi.