
Bu gün Azərbaycan çempionatında V tura start verilib.
Turun mərkəzi oyunu son çempion “Neftçi” və “Bakı” klubları arasında keçirilib. “Bakı”nın Təlim-Məşq Bazasında keçirilən oyunda Milinko Pantiçin yetirmələri “Flaqman”I 3 cavabsız qolla məğlub edib.
Çempionluğa iddialı “Qəbələ” və “Xəzər Lənkəran” arasında keçirilən oyunda meydan sahibləri qələbəyə sevinib. “Rəvan”sa səfərdə “Sumqayıt” üzərində minimal hesablı qələbə qazanıb.
Qeyd edək ki, V tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Topaz Premyer Liqası V tur 31 avqust (şənbə) “Sumqayıt” – “Rəvan” - 0:1 Qol: Kamil Nurəhmədov, 52
“Qəbələ” – “Xəzər Lənkəran” - 2:0 Qollar: Leonardo da Silva, 40; Lorentso Ebesilio, 67
“Bakı” – “Neftçi” - 3:0 Qollar: Rauf Əliyev, 11; Əfran İsmayılov, 32; Mario Alvarez, 69
Qaynar.info