AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərarlarını açıqlayıb.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, qurum "Neftçi" və futzal komandası "Baker Tilly" komandasının şikayətini qismən təmin edib.
1. "Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 01.04.2022-ci il tarixində qızlardan ibarət "Neftçi U-17” komandasının futbolçusu Aydan Həsənova barəsində verdiyi qərar dəyişdirilsin.
3. Futbolçu barəsində verilən 4 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilsin. Sınaq müddəti növbəti 2 (iki) oyun müddətinə təyin edilsin.
1. "Baker Tilly” Futzal komandası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 18.03.2022-ci il tarixində "Baker Tilly” komandasının futzalçısı Orxan Həsənov barəsində verdiyi qərar dəyişdirilsin.
3. Futzalçıya 11.03.2022-ci il tarixli cəzaya əlavə olaraq verilən 11 oyunluq kənarlaşdırma cəzası 10 oyun şərti olmaqla 11 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilsin. Sınaq müddəti növbəti 10 (on) oyun müddətinə təyin edilsin.
Səbuhi Həsənov