Bu gün Avro Liqada II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Qaynar.info xəbər verir ki, “Neftçi” Sloveniyanın “Koper” klubu ilə qarşılaşacaq. İlk matçını “Bakcel Arena”da keçirəcək “Neftçi” sərfəli nəticə əldə edib bir həftə sonra baş tutacaq cavab matçına yollanmaq istəyir. “Neftçi” –“Koper” görüşünü Belorusdan olan Denis Şerbakov idarə edəcək