Xəbər lenti

"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi bəlli oldu
İdman11:30 19.07.2021

"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi bəlli olub.
"Ağ-qaralar" Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una uduzsa, AL-in III raundunda "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq.
Avropa Liqası
III təsnifat mərhələsi
"Dinamo” (Zaqreb, Xorvatiya) / "Omoniya” (Kipr) cütünün məğlubu - "Legiya” (Polşa) – "Flora” (Estoniya) cütünün məğlubu
"Mura” (Sloveniya) - "Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu - "Ferentsvaroş" / "Jalgiris" (Litva) cütünün məğlubu
"Kayrat" (Qazaxıstan) / "Srvena Zvezda" (Serbiya) cütünün məğlubu - "Alaşkert" (Ermənistan) / "Şerif" (Moldova) cütünün məğlubu
"Linkoln” (Cəbəllütariq) / ÇFR (Rumıniya) cütünün məğlubu - "Slovan” (Slovakiya) / "Yanq Boyz” (İsveçrə) cütünün məğlubu
"Olimpiakos” (Yunanıstan) / "Neftçi” (Azərbaycan) cütünün məğlubu - "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu
Qeyd edək ki, bu mərhələnin matçları 5 - 12 avqustda oynanılacaq.