Xəbər lenti

"Neftçi"nin Bakıdakı matçını ispan hakimlər idarə edəcək
İdman11:30 16.07.2021

"Neftçi"nin Bakıdakı matçını ispan hakimlər idarə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutacaq "Neftçi” – "Olimpiakos” matçının təyinatları açıqlanıb.
Qaynarinfo xəbər verir ki, oyuna İspaniyadan olan hakimlər təyinat alıblar. Baş hakim Rikardo De Burqos Benqoetxea olacaq. Ona Roberto Dias Peres Del Palomar və Yon Nunyes Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adrian Kordero Veqa yerinə yetirəcək. UEFA nümayəndəsi Natalya Varabyova (Belarus), hakim-inspektor isə Tomaş Mikulski (Polşa) olacaq.
Bu komandalar arasında ilk oyun iyulun 21-i Georgios Karaiskakis stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə  iyulun 28-i saat 21:00-da keçiriləcək.