Türkiyənin "Qalatasaray” klubu heyətinə yeni futbolçu cəlb edib.
Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçisi "Eskişehirspor”in nigeriyalı hücumçusu Jesse Sekidika ilə 4 il 5 aylıq müqavilə imzalayıb. 23 yaşlı futbolçu "Qalatasaray”da hər mövsüm üçün 250 min avro məvacib alacaq.
Qeyd edək ki, Sekidika ötən il Bakının "Neftçi” komandasında da baxışda olub.