XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi müəyyənləşdi
İdman13:22 02.08.2021

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi müəyyənləşdi

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. 
Qaynarinfo UEFA-nı rəsmi saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə görə, "Neftçi” – HİK cütündən məğlub olan tərəf pley-off mərhələsində "Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) matçında qalib komanda ilə qarşılaşacaq.
HİK-lə ilk oyun avqustun 3-ü saat 21:00-da "Bakcell Arena”da, cavab matçı isə ayın 12-si Bakı vaxtı ilə saat 20:00-da "Bolt Arena”da keçiriləcək. 
Konfrans Liqasının pley-off mərhələsinin görüşləri avqustun 19 və 26-da baş tutacaq.
Səbuhi Həsənov