Xəbər lenti

“Neftçi”nin yeni baş məşqçisi kim ola bilər?
İdman05:18 26.07.2013

“Neftçi”nin yeni baş məşqçisi kim ola bilər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İki ildir "Neftçi”nin baş məşqçi postunda çalışan Böyükağa Hacıyev istefa verib. Təcrübəli mütəxəssis "Skenderbu” məğlubiyyətindən sonra istefa ərizəsini rəhbərliyə təqdim edib və onun gedişi rəsmiləşib.

"Ağ-qaralar" Çempionlar Liqasındakı uğursuzluğu unutdurmaq və baş məşqçi postundakı boşluğun uzun sürməsinin qarşısını almaq üçün dərhal hərəkətə keçiblər. Namizədlər arasında ön plana bir mütəxəssis çıxıb.

Rekord.az-a kluba yaxın mənbədən verilən məlumata görə, bu, hazırda millinin baş məşqçisi Berti Foqtsun köməkçisi olan Nazim Süleymanvdur.

Klub prezidenti Sadıq Sadıqovun simpatiya bəslədiyi və hörmet etdiyi bu mütəxəssisə boşalan postu tutmaq təklif olunub. Mənbənin sözlərinə görə, Süleymanov düşünmək üçün vaxt istəyib. Nazim bəyin təyinatının millidəki işi tərəfinə gəlincə, burda heç bir problem olmayacaq.

Cünki AFFA prezidenti Rövnəq Abdullayev artıq bu işə öz "dobro"sunu verib. Nazim Suleymanovun təyinatı yaxın müddətdə açıqlanacaq.