Xəbər lenti

Neftdən xoş xəbər - 50 dolları keçdi
Ekonomiks16:51 28.08.2015

Neftdən xoş xəbər - 50 dolları keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son bir neçə gündə ucuzlaşan neft qiymətləri artmaqda davam edir. 

“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, hazırda London birjasında Brent markalı neftin qiyməti 50 dolları ötüb ($ 2,53-5,32% bahalaşma). Belə ki, “Brent”in bir barreli 50,13 dollarda qərarlaşıb. 

Artıq ikinci gündür ki, neft bahalaşır. Ötən gün qiymət 47,39 dollar idi. 

WTI markalı neftin də qiymətində artım var- barreli 45 dollara...

Xatırladaq ki, avqustun 26-ı dünya bazarında neftin qiyməti son 6 ilin minimumuna enmişdi. 

Ucuzlaşmaya səbəb isə dünya bazarında neftin artması və neftə tələbatın azalmasıdır. Ekspertlər İranın neft bazarına girməyi ilə vəziyyətin daha da ağırlaşdıracağını proqnoz edilirdilər.