Xəbər lenti

Ekonomiks 09:47 24.11.2023

Neftimiz bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.49 ABŞ dolları və ya 1.79% artaraq 84.66 ABŞ dollarına yüksəlib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin yanvar fyuçersləri 81,38 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->