Xəbər lenti

Ekonomiks 10:20 13.01.2024

Neftimiz neçəyə satılır?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,28 ABŞ dolları, yaxud 0,3 % azalıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin dəyəri 84,04 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,29 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->