Xəbər lenti

Neftimizin qiyməti iki ildən sonra maksimuma çatdı
Ekonomiks19:59 30.10.2017

Neftimizin qiyməti iki ildən sonra maksimuma çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 61,31 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,61 dollar/barel çoxdur.
"Qaynarinfo" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
Sonuncu dəfə CIF bazisində "Azeri Light"ın dəyəri cari qiyməti 2015-ci ilin iyulunda ötmüşdü – 63,61 dollar/barel.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 60,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,63 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 27-də 58,17 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,63 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 27-də 60,34 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,53 dollar/barel çoxdur.
Qaynarinfo.Az