Xəbər lenti

Neftimizin qiyməti ucuzlaşdı
Ekonomiks05:23 02.06.2022

Neftimizin qiyməti ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,55 ABŞ dolları və ya 1,2% azalaraq 125,93 dollar təşkil edib.
Hərraclarda "Brent” markalı neftin avqust fyüçersləri 114,16 ABŞ dollardan satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.