Xəbər lenti

Neftin qiyməti 20 dollara qədər ucuzlaşa bilərmi? - Ekspert şərh edir
Ekonomiks11:12 27.09.2016

Neftin qiyməti 20 dollara qədər ucuzlaşa bilərmi? - Ekspert şərh edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Venesualanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino “Russia Today” televiziyasına müsahibəsində bildirib ki, neft hasil edən ölkələrin sabah Əlcəzairdə keçiriləcək sammitində hasilatın azaldılması və yaxud dondurulması ilə bağlı hər hansı qərar qəbul olunmasa dünya bazarında neftin hər barelinin qiyməti 20 dollardan da aşağı düşə bilər.

Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Venesuelanın vəziyyəti çox ağırdır: "Buna görə də o fəlakət senariləri verməklə OPEC üzvlərini hansısa müsbət addım atmağa çağırır. Əslində bu çıxışın şifrələri bundan ibarətdir".

Ekspert sabahkı toplantıda çox ciddi bir qərarın olmayacağını deyib:"Bu mümkün də deyil. Çünki OPEC daxilində və buna daxil olmayan iri neft hasilatı olan ölkələr arsında ciddi fikir ayrılığı  var. Bazarda qiymətə təsir edən ən böyük oyunçu Amerika Birləşmiş Ştatlarıdır. Amerika isə bu prosseslərdən kənardadır.Ciddi bir qərar olmasa da bazara sözlü müdaxilələrin olması ehtimalı var. Təbii ki, anlaşma olmasa bu neftin qiymətini aşağı düşməsinə səbəb olacaq. Amma sözlü müdaxilə olaraq OPEC-in növbəti Vyana toplantısında belə bir danışıqların davam edəcəyini və sonuc etibarilə hansısa bir razılaşmanın olacağını bəyan edəcəklər. Sözlü müdaxilələrlə qiymətin kəskin enişinin qarşısını almağa çalışacaqlar. Düşünürəm ki, sabah razılaşma əldə edilməsə, sözlü müdaxilə ilə neftin qiymətini indiki səvviyədə saxlamaq mümkün olmayacaq. Kəskin enişi gözləmirəm. Amma 40 dollara qədər geri çəkilməsi olacaq. Noyabr ayında növbəti Vyana toplantısına qədər, sızdırılan xəbərlərlə, bəyənatlarla  neftin qiymətində kəskin eniş olmasının qarşısını almağa çalışacaqlar". 

Natiq Cəfərli hesab edir ki, indiki iqtisadi durumda hasilatın dondurulması və azaldılması yolu ilə neftin qiymətində ciddi bir irəliləyişə nail olmaq mümkün deyil: "Çünki kifayət qədər böyük həcmdə neft hasil olunur. Amerikanın bu prosesdə olmaması onun hasilatı ciddi artırmasına şərait yaradır. Amerikada hasilatın artması neftin qiymətinin qalxmasının qarşısında duran ən böyük səddir.  Bunu OPEC dövlətləri də anlayır. Buna görə də yalnız sözlü müdaxilələrlə kəskin enişin qarşısını almağa çalışacaqlar. Sabah ciidi bir razılaşmanın olacağı gözlənilmir". 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az