Xəbər lenti

Neftin qiyməti 60 dollara qədər ucuzlaşdı
Ekonomiks16:41 24.01.2020

Neftin qiyməti 60 dollara qədər ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində (Bakı vaxtı ilə saat 17:33-də) Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 1,76% azalaraq 1 barelə görə 60,95 dollar təşkil edib.
Qaynarinfo xəbər verir ki, sözügedən markalı neftin qiyməti sonuncu dəfə 61 dollardan aşağı ötən ilin dekabrın 3-də düşmüşdü.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI markalı neftin 1 barelinin dəyəri 2,20% azalaraq 54,37 dollar təşkil edib.