Xəbər lenti

Neftin qiyməti 71 dolları ötdü
Ekonomiks18:20 08.04.2019

Neftin qiyməti 71 dolları ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Brent” markalı neftin bir barelinin qiyməti 71 dolları ötüb.
Qaynarinfo xəbər verir ki, bu, 2018-ci il noyabrın 12-dən sonra ilk dəfədir qeydə alınıb.
Hərracların nəticələrinə görə, Şimal dənizində hasil olunan "Brent” markalı neft qarışığının bir barelinin iyun fyuçersləri 0,81 faiz artaraq 70,91 dollara çatıb, bundan bir qədər sonra isə 71,02 dollaradək yüksəlib. 
Eyni zamanda WTI markalı neftin bir barelinin qiyməti 1,4 faiz artaraq 64,02 dollara çatıb. (unikal.org)