Xəbər lenti

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
Ölkə05:20 10.01.2018

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya birjalarında neft bahalaşıb.
Qaynarinfo APA-Economics-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar və ya 0,83% artaraq 63,48 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36 dollar və ya 0,52% artaraq 69,18 dollar olub.
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,58 dollar və ya 0,83% artaraq 70,44 dollar təşkil edib.