Xəbər lenti

Neftin qiyməti düşdü, Azərbaycanı nə gözləyir? - deputat rəyi
Ekonomiks07:32 04.07.2015

Neftin qiyməti düşdü, Azərbaycanı nə gözləyir? - deputat rəyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verildiyi kimi, bu gün Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 60.32 dollara düşüb.
Ekspertlərin fikrincə, bu, gəlirlərinin böyük hissəsini neftdən gələn gəlir hesabına formalaşan Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək.
Milli Məclisin deputatı Vahid Əhmədov da bu olayla bağlı fikrini aznews.az-la bölüşüb. O bildirib ki, dünya bazarında neftin qiymətinin azalması birbaşa Azərbaycanın dövlət büdcəsi ilə əlaqədardır: “Nəticədə bu, Azərbaycan iqtisadiyyatına öz təsirini göstərir. Ona görə də dövlət başçısı mütəmadi olaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqəti artırır. Azərbaycan hökümətinə göstərişlər verir ki, daha çox qeyri-neft sektorunun inkişaf etdirmək lazımdır”.
Qaynar.info