Xəbər lenti

Neftin qiyməti ilə bağlı üzümüzü güldürən PROQNOZ
Ekonomiks05:43 12.11.2016

Neftin qiyməti ilə bağlı üzümüzü güldürən PROQNOZ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gələn ilin yaz-yay aylarından başlayaraq neftin qiymətində artımlar ola bilər".
Bu sözləri Donald Trampın prezident seçilməsinin Rusiya-ABŞ münasibətlərinə təsiri və bu fonda neftin gələcək qiymətləri ilə bağlı axar.az-a danışarkən iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, ABŞ-Rusiya münasibətlərinin düzəlməsi nəzəri məsələdir, çünki hələ ortada konkret nəsə yoxdur:
“Əslində, Donald Trampın çıxışı çoxları üçün sürpriz oldu. Çünki onun Rusiya ilə bağlı sərt olmayacağı gözlənilsə də, məlum oldu ki, Tramp sanksiyaların aparılmasında maraqlıdır. Ona görə də neftin qiymətinin qalxması ilə bağlı fikir söyləməyə tələsməzdim. Razıyam, burada siyasi amillər var, ancaq ümumi götürdükdə neftin qiyməti bu gün fundamental səbəblərdən daha çox asılıdır. Yəni hazırda Amerikada slans (şist) nefti, dünyada alternativ enerji resursları inkişaf edir və getdikcə neftə tələbat azalır. Neftin qiymətinin qalxmamasının əsas səbəblərindən biri də məhz budur. Güman etmirəm ki, Rusiya ilə Amerika münasibətləri tezliklə düzələcək və neftin qiyməti daha çox qalxacaq. Bahalaşma olsa da, bu, əvvəlki səviyyədə olmayacaq. Qiymətlərin 60 dollar civarında olması gözlənilir. Yəni yaxın müddətdə ciddi bahalaşma gözlənilmir, ancaq gələn ilin yaz-yay aylarından başlayaraq artımlar ola bilər”.
Qeyd edək ki, 8 noyabrda ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın qələbə qazanması dünya fond bazarlarına, maliyyə və əmtəə birjalarına da təsirsiz ötüşməyib.
Qaynarinfo.Az