“Neftin qiyməti üzrə indidən gələcəyə dair proqnozlar vermək və bunun ətrafında müzakirə açmaq mübahisəli məsələdir”. Bu sözləri axar.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Ekspert neftin gələcək qiyməti ilə bağlı söylənən proqnozların reallığı əks etdirmədiyini bildirib: “Neftin qiyməti ilə bağlı proqnozlar verə biləcək hər hansı bir şirkət, təhlil mərkəzi faktiki olaraq uzun müddət üzrə proqnoz vermirlər. Uzunmüddətli proqnozlar vermək və bunun ətrafında müzakirə açmaq, məncə, indiki dövr üçün yersizdir. Buna görə də yaxın 7-10 il ərzində neftin qiymətinin 20-50 dollar diapazonunda qalacağı ilə bağlı söyləntilər reallığı əks etdirmir. “Morqan Stanley” və “EOG Resources” enerji şirkətlərinin də bu yöndəki açıqlamaları ilə razılaşmaq olmur.
Söhbət neftdən gedir və adi bir səhv, yanlış proqnoz daha da böyük səhvlərə yol aça bilər”.
Qaynar.info