Xəbər lenti

Neftin qiymətləri yenidən artmağa başladı
Ekonomiks19:37 19.04.2021

Neftin qiymətləri yenidən artmağa başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün günorta saatlarında bir qədər aşağı düşən neft qiymətləri axşam hərracları zamanı yenidən artıb.
Qaynarinfo xəbər verir ki, "Brent” markalı neftin iyun fyuçersləri 0,12 faiz bahalaşaraq 66,86 ABŞ dollarından, WTI markalı neftin iyun fyuçersləri 0,22 faiz bahalaşaraq 63,33 dollardan, may fyuçersləri isə 0,17 faiz bahalaşaraq 63,24 dollardan satılıb.
Xatırladaq ki, ötən həftə iqtisadiyyatın dirçəlişi ilə bağlı gözləntilər, habelə Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən neftə tələbat proqnozunun artırılması nəticəsində orta hesabla 6 faizədək bahalaşan neft bu gün günorta hərraclarında 0,2 faiz ucuzlaşmışdı. Hazırda koronavirusa yoluxmaların artması ilə qeyri-müəyyənlik davam etdiyi üçün davamlı qiymət artımı ehtimalının az olduğu bildirilir.