Xəbər lenti

Nəhənglər liqası: "Barselona" "Ayaks"a qarşı
İdman07:31 18.09.2013

Nəhənglər liqası: "Barselona" "Ayaks"a qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün UEFA Çempionlar Liqasınını qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarında olan komandalar mübarizəyə başlayacaqlar.

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsorluq etdiyi “Atletiko” (Madrid) G qrupunda ilk oyununa çıxacaq. İspaniya təmsilçisi doğma meydanda "Zenit"i qəbul edəcək. Qrupun digər oyununda "Avstriya" "Porto" ilə qarşılaşacaq.

Digər matçlara gəldikdə isə "Çelsi" öz meydanında "Bazel"i, "Şalke" "Styaua"nı, "Marsel" "Arsenal"ı, "Napoli" "Borussiya"nı, "Barselona" "Ayaks"ı və "Milan" "Seltik"i qəbul edəcək.

18 sentyabr

E qrupu

23:45. “Çelsi” (İngiltərə) – “Bazel” (İsveçrə)
23:45. “Şalke” (Almaniya) – “Styaua” (Rumıniya)


F qrupu

23:45. “Marsel” (Fransa) – “Arsenal” (İngiltərə)
23:45. “Napoli” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)


G qrupu

23:45. "Austriya" (Avstriya) - "Porto" (Portuqaliya)
23:45. "Atletiko" (İspaniya) – "Zenit" (Rusiya)


H qrupu

23:45. “Barselona” (İspaniya) – “Ayaks” (Hollandiya)
23:45. “Milan” (İtaliya) – “Seltik” (Şotlandiya)



17 sentyabr

A qrupu

"Real Sosyedad" (İspaniya) - "Şaxtyor" (Ukrayna) - 0:2
Qollar: Aleks, 65 (0:1), 87 (0:2)

"Mançester Yunayted" (İngiltərə) - "Bayer" (Almaniya) - 4:2
Qollar: Runi, 22 (1:0), Rolfes, 54 (1:1), Van Persi, 59 (2:1), Runi, 70 (3:1), Valensia, 79 (4:1), Toprak, 88 (4:2)


B qrupu

“Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) - 1:6
Qollar: İsko, 33 (0:1), Benzema, 55 (0:2), Ronaldo, 63 (0:3), 66 (0:4),Benzema, 81 (0:5), Umut Bulut, 85 (1:5), Ronaldo, 90 (1:6)

“Kopenhagen” (Danimarka) – “Yuventus” (İtaliya) - 1:1
Qollar: Yorqensen, 14 (1:0), Quaqliarella, 54 (1:1)


C qrupu

“Benfika” (Portuqaliya) – “Anderlext” (Belçika) - 2:0
Qollar: Djuriçiç, 4 (1:0), Luizao, 30 (2:0)

“Olimpiakos” (Yunanıstan) – PSJ (Fransa) - 1:4
Qollar: Kavani, 19 (0:1), Vays, 24 (1:1), Motta, 68 (1:2), 73 (1:3), Marqunios, 86 (1:4)


D qrupu

“Viktoriya” (Çexiya) – “Mançester Siti” (İngiltərə) - 0:3
Qollar: Dzeko, 49 (0:1), Yaya Ture, 54 (0:2), Aguero, 58 (0:3)

"Bavariya" (Almaniya) – CSKA (Moskva, Rusiya) - 3:0
Qollar: Alaba, 3 (1:0), Mandzukiç, 41 (2:0), Roben, 68 (3:0)

Qaynar.info